"Qarabağ" - "Sileks" oyununun vaxtı bəlli oldu

10 Avqust 2020 17:59

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubu ilə oyunun vaxtı müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüş avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat saat 20:00-da başlayacaq.

Xatırladaq ki, mərhələ bir oyundan ibarət olacaq. Turu keçən komanda 2-ci mərhələdə "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Milli.Az