Azərbaycanda ümumilikdə 790 141 koronavirus testi aparılıb

10 Avqust 2020 17:08

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, ölkədə son sutka ərzində 5 015, hazırkı dövrədək isə 790 141 test aparılıb.

Milli.Az