Bilsələr toya gəlməyəcəkdilər - Gəlinin anası koronavirus çıxdı, qonaqları da yoluxdurdu

10 Avqust 2020 17:49

Qadının məsuliyyətsizliyi onlarla insanın koronavirusa yoluxmasına səbəb olub.

Milli.Az haberglobal-a istinadla bildirir ki, olay Türkiyənin Bursa vilayətinin Yıldırım qəsəbəsində yaşanıb. Koronavirus testi müsbət çıxıb, ev şəraitində müalicə olunan qadın "bilən olsa toya heç kim gəlməz" deyərək xəstəliyini gizlədərək qızının toy mərasimində iştirak edib.

Mərasimdən bir neçə gün sonra qonaqların bir qismində koronavirusun simptomları aşkarlanıb.

Olayın üstü xəstəliyə yoluxan şəxslərin ifadəsindən sonra açılıb. Məlub ki, eyni məclisdə iştirak edən şəxslər toy sahibinin koronavirus olduğunu xəstələnəndən sonra biliblər.

Emin
Milli.Az