İran alimləri zəfərandan xərçəng əleyhinə dərman hazırlayıb

11 Avqust 2020 23:10

Bir qrup İran tədqiqatçısı nanotexnologiyadan istifadə edərək, zəfəranın aktiv tərkibli hissələrini əldə edərək xərçəngə qarşı dərman hazırlayıb.

"Nanotexnologiyadan istifadə edərək, zəfəranın effektiv tərkib hissələrinin ekstraksiya və mikroenkapsulyasiyasının optimallaşdırılması və modelləşdirilməsi layihəsi çərçivəsində, xərçəng və stress əleyhinə dərmanlar yaratmaq üçün zəfəranın aktiv maddəsi çıxarılır", - deyə layihənin icraçı direktoru Mehdi Cəfəri bildirib. Onun sözlərinə görə, İranın dünyada ən böyük zəfəran istehsalçısı olduğunu nəzərə alsaq, bu araşdırmanın nəticəsi ölkə iqtisadiyyatına və zəfəran sahəsində inkişafa kömək edəcək.

Milli.Az