Android telefonlarda fayllar bu cür qorunacaq

11 Avqust 2020 20:45

Google Android əməliyyat sistemi ilə çalışan smartfonlarda saxlanan faylların mühafizə imkanlarını genişləndirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət "təhlükəsiz qovluq" adlı yeni funksiya istifadəyə verib.

Yenilik vasitəsilə sənəd, təsvir və videoların saxlanıldığı qovluğa dördrəqəmli PİN kod qoymaq mümkün olacaq. İstifadəçi isə hər dəfə proqrama daxil olduqda kodu daxil etməlidir.

Qeyd edək ki, yeni funksiya yaxın həftələrdə istifadəçilərin ixtiyarına veriləcək.

Milli.Az