Məşhur tətbiqin fəaliyyətinə xitam verilir

11 Avqust 2020 23:30

Google-un rəqəmsal musiqi platforması Google Play Music bağlanır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google Play Music oktyabr ayından etibarən artıq fəaliyyət göstərməyəcək. Amma tətbiq hər yerdə eyni vaxtda bağlanmayacaq. O öncə Avstraliya və Yeni Zelandiyada fəaliyyətinə xitam verəcək. Daha sonra isə proses digər ölkələrdə də davam edəcək.

Tətbiqin fəaliyyətini dayandırması barədə isə heç bir səbəb göstərilməyib.

Qeyd edək ki, şirkət Google Play Music-i YouTube Music və Spotify-ə rəqib olaraq yaradıb.

Milli.Az