Novxanıda batan şəxsin cəsədi tapılıb - YENİLƏNİB - VİDEO

10 Avqust 2020 17:10

17:10

Novxanıda boğulan şəxsin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Novxanıda qeyri-çimərlik ərazisində boğulan şəxsin cəsədi FHN-in dalğıc axtarış qrupu tərəfindən tapılaraq adiyyət uzrə təhvil verilib.

--------

16:02

Novxanıda boğulma hadisəsi baş verib

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün baş verib. Şahidlərin sözlərinə görə, Diana istrahət mərkəzinin ərazisində çimərliklə olan bir nəfər qadın boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub:

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşları qabaqcadan müəyyən edilmiş çimərlik ərazilərində istirahət etməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir.

Milli.Az