Qaxda idarəetmədən çıxan avtomobil divara çırpılıb

10 Avqust 2020 16:08

Axşam saatlarında Qax şəhərində bir nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Baku TV-yə istinadən bildirir ki, qəza Heydər Əliyev prospekti ilə İsmayıl Dağıstanlı küçəsinin kəsişməsində qeydə alınıb.

43 yaşlı şəhər sakini Ramil Əzizov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil divara çırpılıb.

Nəticədə, Ramil Əzizov ağır bədən xəsarətləri alaraq, Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az