“Qarabağ”ın mümkün rəqibi bilindi - II mərhələdə

10 Avqust 2020 14:20

Azərbaycan çempionu "Qarabağ"ın avrokuboklardakı növbəti mümkün rəqibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından sonra bəlli olub.

İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun Şimali Makedoniyanın "Sileks" klubu ilə I təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin rəqibi bilinib. Qurban Qurbanovun yetirmələri ilk raundu keçsə, "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.

Bu matç avqustun 25-26-da keçiriləcək. "Qarabağ" - "Sileks" cütünün qalibi bu oyuna Bakıda çıxacaq.

Qeyd edək ki, Bakıda baş tutacaq "Qarabağ" - "Sileks" oyunu avqustun 18-i və ya 19-da keçiriləcək.

Milli.Az