“Zenit”in iki oyunçusu koronavirusa yoluxub

10 Avqust 2020 14:56

Rusiyanın "Zenit" futbol klubunun iki oyunçusu koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun baş məşqçisi Sergey Semak bildirib.

Onun sözlərinə görə, hər iki futbolçunun testi əvvəlcə müsbət çıxıb. Daha sonra birinin testləri mənfi nəticələnsə də, digər futbolçunun testləri müsbət nəticələnib. Hər iki oyunçu karantinə alınıb.

Futbolçuların adları açıqlanmayıb.

Milli.Az