Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

10 Avqust 2020 11:55

Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər avqustun 11-də baş tutacaq.

Bu, C.Bayramovun həmin vəzifədə ilk xarici səfəri olacaq. Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, beynəlxalq məsələlərin də müzakirəsi nəzərdə tutulur.

Milli.Az