Kürdə çimən qardaşlardan biri xilas edilsə də, o biri boğulub

10 Avqust 2020 10:32

Yevlaxda 29 yaşlı oğlan Kür çayında boğulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yevlax rayon sakinləri Rahib və Sahib qardaşları Kür çayının Yevlax rayonundan keçən hissəsində çimərkən boğulublar.

Qardaşlardan biri 1996-cı il təvəllüdlü Cəfərov Sahib Şəhliyar oğlu yaxınlıqda olan insanların köməkliyi ilə sudan çıxarılaraq xilas edilib.1991-ci il təvəllüdlü Cəfərov Rahib Şəhliyar oğlunu isə xilas etmək mümkün olmayıb.

Dərhal R.Cəfərovun axtarışı üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu cəlb olunub.

Milli.Az