Bundesliqa klubunda koronavirus gərginliyi

10 Avqust 2020 12:00

"Köln" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb. Onların karantinə alındığı bildirilib.

Qeyd edək ki, Almaniya Bundesliqasında 2020/2021 mövsümünə avqustun 18-də start veriləcək.

Milli.Az