Azərbaycanda icra başçısının müavinini maşın vurdu

9 Avqust 2020 22:56

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub.

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az