MSK: Lukaşenko prezident seçkilərində liderdir

10 Avqust 2020 07:28

10.08.2020

07:28

Belarusda keçirilən prezident seçkilərində qapalı məntəqələrin səslərinin hesablanması başa çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Belarusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, 28 628 Belarus vətəndaşı (qapalı məntəqələrdə səs verən seçicilərin 81,35 faizi) Aleksandr Lukaşenkoya, 2 848 vətəndaş (8 faiz) Svetlana Tixanovskayaya səs verib.

----------------

09.08.2020

22:06

Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko beş regionun səsvermələrinin nəticələrinə əsasən seçkilərdə liderdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belarusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko 82,08 faiz, onun rəqibi Svetlana Tixanovskaya isə 6,98 faiz səs toplayıb.

Milli.Az