"Mançester Yunayted"də Linqardla bağlı qərar verildi

9 Avqust 2020 17:58

"Mançester Yunayted" Cessi Linqardı satmağa hazırdır.

Goal.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Xəbərdə MU-nin 27 yaşlı yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcəyi bildirilir.

"Mançester Yunayted"lə müqaviləsi 2021-ci ilin yayına qədər olan Linqard, son mövsümdə Premyer Liqada 22 oyunda iştirak edib və 1 qol vurub.

Milli.Az