“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub

9 Avqust 2020 17:13

Almaniyanın "Köln" klubunun iki futbolçusu koronavirusa yoluxub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, koronavirus testləri əsas komandanın iki üzvündə müsbət nəticə verib. Bundesliqa təmsilçisinin adları açıqlanmayan hər iki oyunçusu karantinə göndərilib.

Ehtiyat tədbiri olaraq klubun U-16-dan U-19-a qədər olan bütün komandalarının məşqlərini dayandırılıb. Çünki akademiyanın oyunçularından biri yoluxan futbolçularla təmasda olub.

Qeyd edək ki, Bundesliqada yeni mövsüm sentyabrın 18-19-da başlayacaq. "Köln" ilk turda "Hoffenhaym"la qarşılaşmalıdır.

Milli.Az