"Qlyukoza" 3 illik deportasiya olundu

9 Avqust 2020 13:34

"Qlyukoza" ləqəbi ilə tanınan rusiyalı müğənni Natalya İonova Ukraynadan deportasiya olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Qlyukoza" işğal olunmuş Krımı ziyarət etdiyinə görə Ukraynaya buraxılmayıb.

Sənətçiyə "Borispol" hava limanında 3 il müddətində ölkə ərazisinə daxil olmağı qadağa ediblər.

Milli.Az