Hindistanda oteldə yanğın: 7 nəfər ölüb - VİDEO

9 Avqust 2020 12:36

Bu gün Hindistanın Vicayvade şəhərində yeni növ koronavirusa (COVİD-19) yoluxan xəstələrin saxlanıldığı "Svarna palas" otelində yanğın olub.

APA-nın NDTV telekanalına istinadən verdiyi məlumata görə, ən azı 7 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3-nün durumu ağırdır.

Yanğın başlayan zaman xəstələrin bəziləri özlərini binadan atıb. Oteldə ümumilikdə 22 xəstə olub.

İlkin məlumata görə, yanğına səbəb elektrik xəttində qısaqapanma olub.

Milli.Az