Yaşadığı evdə özünü asdı

9 Avqust 2020 11:37

Salyanda 48 yaşlı kişi inthar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü kənd sakini Çələbiyev Rafiq Oruc oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

R.Çələbiyevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az