Azərbaycanda ağır qəza: Mikroavtobusla "VAZ" toqquşdu, avtomobil alışdı

9 Avqust 2020 11:11

Qax rayonunun Ləkit kəndində "VAZ" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az