Gənc qızının yoxluğuna dözməyən ana intihar etdi

22 Aprel 2010 11:12
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Nobel prospekti 41/10 ünvanında qızı ilə birlikdə yaşayan 78 yaşlı Bəsti Hüseynova özünü yaşadığı evin həyətində asıb. Onun meyiti kürəkəni tərəfindən bu gecə ağacdan asılmış vəziyyətdə aşkar edilib.

Mərhum əsəb xəstəliyindən əziyyət çəkirmiş. O, bu xəstəliyə bir müddət əvvəl cavan qızını itirdikdən sonra tutulubmuş. Qızının ölümündən sonra həyatdan bezən qadın dəfələrlə özünü öldürəcəyini ailə üzvlərinə deyibmiş. Mərhumun yaşadığı evdən müalicə olunduğu dərman preparatları da aşkar edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Anar Məmmədov
Milli.Az