Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib

9 Avqust 2020 10:44

Livanın baş naziri Həsən Diab növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, H.Diab bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi böhrandan çıxış yolu ola bilər: "Mən Nazirlər Kabinetinin növbəti iclasında növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifini təqdim edəcəyəm. Mən, həmçinin siyasi tərəfləri razılığa gəlməyə çağırıram".

Onun sözlərinə görə, ölkədəki struktur böhranından yeganə çıxış yolu növbədənkənar parlament seçkiləridir: "Biz hazırda fövqəladə vəziyyətdəyik. Ölkənin taleyi və gələcəyi təhlükə altındadır".

Qeyd edək ki, Livanın paytaxtı Beyrutda hökumətə qarşı etiraz aksiyaları keçirilir.

Milli.Az