Dənizdə 5 nəfər xilas olundu

9 Avqust 2020 10:38

Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ötən gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-1, Bilgəh, Mərdəkan, və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Milli.Az