Beyrutda iğtişaşlar: 728 nəfər yaralandı - FOTO

9 Avqust 2020 09:52

Livanın paytaxtı Beyrutda davam edən iğtişaşlar zamanı 728 nəfər xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyətinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Livanın Qırmızı Xaç Komitəsi bəziləri yaxınlıqdakı xəstəxanalara çatıdırıb, yüzlərlə insana isə hadisə yerində tibbi yardım göstərilib".

Etiraz aksiyaları zamanı 19 etirazçı saxlanılıb.

Milli.Az