Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

8 Avqust 2020 23:57

Fransa ilə Gürcüstan arasında müntəzəm aviareyslər bərpa edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, uçuşlar Fransanın "Air France" aviaşirkəti tərəfindən həyata keçirilir.

Uçuşların "Airbus A320" və "Airbus A321" təyyarələri ilə həftənin çərşənbə və şənbə günləri Paris-Tbilisi, cümə axşamı və bazar günləri isə Tbilisi-Paris istiqamətində həyata keçiriləcəyi bildirilib.

Artıq 178 sərnişin Paris-Tbilisi istiqamətində hərəkət edib.

Milli.Az