Çempionlar Liqasında yeni mövsüm başlayıb

8 Avqust 2020 23:54

Çempionlar Liqasında 2020/21 mövsümü start götürüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İsveçrədə keçirilən ilkin mərhələdə yarımfinal matçları baş tutub.

Öncə "Tre Fiori" və "Linfild" üz-üzə gəlib. Şimali irlandiyalılar rəqibin müqavimətini yalnız ikinci hissədə qırıb. Bastian Heri 2020/21 mövsümündə avrokubokların ilk qolunun müəllifi olub.

Digər matçda "Drita" "İnter"i sınağa çəkib. Kosovolular qələbə sayəsində finala yüksəlib. 

Beləliklə, sabah keçiriləcək I təsnifat mərhələsində "Drita" - "Linfild" cütü ilkin mərhələni təmsil edəcək. Bu komandalar arasında görüş isə avqustun 11-də təşkil olunacaq.

Məğlub olan "Tre Fiori" və "İnter" Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq.

Çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal
8 avqust
17:00. "Tre Fiori" (San Marino) - "Linfild" (Şimali İrlandiya) - 0:2

Heri, 71, Manzinqa, 83
20:00. "Drita" (Kosovo) - "İnter" (Andorra) - 2:1
Şabani, 21, Namani, 45 - Qarsia, 29

Final
11 avqust

20:00. "Drita" (Kosovo) - "Linfild" (Şimali İrlandiya)

Milli.Az