Tovuzda həyat yoldaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, 30 yaşlı Rəqsanə Məmmədova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib. Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Hadisəni törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu tutulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az