Bakıda zəncirvari qəza yolda tıxaca səbəb oldu

8 Avqust 2020 20:44

Bakıda daha bir yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospekti üzü şəhər istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib.

Qəza səbəbindən adıçəkilən prospektdə avtomobillər arasında sıxlıq müşahidə olunur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Milli.Az