“Yuventus” Sarrini qovdu

8 Avqust 2020 20:26

"Yuventus" istefaya göndərdiyi baş məşqçisi Maurisio Sarriyə təzminat ödəyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin 2022-ci ilin yayında başa çatmalı olan müqaviləsi vaxtından əvvəl ləğv olunduğu üçün o, vergilər də daxil olmaqla, 20.3 milyon avro təzminat alacaq.

Çempionlar Liqasında mübarizəni dayandıran "Yuventus" bu gün Sarrini istefaya göndərib.

Rəsmi açıqlamada 61 yaşlı mütəxəssisə kluba ölkə çempionluğu yaşatdığı üçün təşəkkür edilib.

Sarri 2019-cu ilin yayından Turin təmsilçisini çalışdırırdı.

Komandanın Çempionlar Liqasının 1/8 finalında "Lion" səddini keçə bilməyərək (0:1, 2:1) mübarizəni dayandırdırmasından sonra Sarri ilə yolları ayırmaq qərarına gəlinib.

Qeyd edək ki, "Yuventus" İtaliya çempionatında 2019/2020 mövsümünün qalibi olu

Milli.Az