Superliqa klubunda yeni baş məşqçi

8 Avqust 2020 20:21

Türkiyə Superliqasında mübarizə aparan "Ankaragücü"nün yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanı Fuat Çapa çalışdıracaq. Onunla 2 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, "Ankaragücü" son baş məşqçisi Rəşid Akçayla iyun ayında yollarını ayırıb. Fuat Çapanın çalışdırığı son klub isə "Kasımpaşa" olub.

Milli.Az