Arzu Nağıyev: Belarusda seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər - VİDEO - FOTO

8 Avqust 2020 17:58

Avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. Azərbaycan parlamentinin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün artıq Minskə səfər edib.

Azərbaycan nümayəndə heyətinin tərkibində olan Milli Məclisin deputatı Arzu Nağıyev Trend-ə açıqlamasında sabahkı seçkilər barədə danışıb.

Onun sözlərinə görə, Belarusda 5 namizəd Prezident kürsüsü uğrunda mübarizə aparır. Maraqlı məqamdan biri ondan ibarətdir ki, hazırkı Prezident cənab Aleksandr Lukaşenko da bu seçki kampaniyasında iştirak edir:

"Seçki qanunvericiliyinə uyğun olaraq, Belarusda prezident seçkiləri iki mərhələdə keçirilir. Səsvermə seçki günüdən 5 gün əvvəl başlayır və seçki gününə qədər (seçki günü də daxil olmaqla - red) davam edir. Bu vaxta qədər əhalinin 32 faizi seçkilərdə iştirak edib. Biz bu gün bir neçə seçki komissiyasında və məntəqələrdə olduq. Müşahidələrimiz göstərdi ki, seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər".