Prezident İlham Əliyev Şahbaz Muradovu təltif etdi - SƏRƏNCAM

8 Avqust 2020 14:51

Prezident İlham Əliyev Ş.M.Muradovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahbaz Musa oğlu Muradov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".

Milli.Az