“Liverpul”un futbolçusuna daha bir müştəri

8 Avqust 2020 13:54

İngiltərənin "Liverpul" klubunun futbolçusu Harri Uilsonu heyətində görmək istəyən daha bir komandanın adı bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Premyer Liqa təmsilçisi "Sauthempton" da orta sahəsini gücləndirmək üçün futbolçunun xidmətində maraqlıdır.

Bunadək Uilsona "Lids" də müştəri düşüb. Bu klublardan biri onun transferi üçün 17,5 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Harri ötən mövsümü icarə əsasında "Bornmut"da keçirib.

Milli.Az