Məscidlərin açılmasına hələ gedə bilmərik - Şahmar Mövsümov

8 Avqust 2020 13:09

"Məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, virusun yayılması qapalı məkanlarda daha sürətlə baş verir, ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik. Hətta bu il Həcc ziyarəti də çox qeyri-adi formada keçirildi. İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə təsir etmir. Bu, iqtisadiyyata və digər sahələrə də çox ciddi təsir edir

Milli.Az