Lider xalsız qaldı, digərləri qazandı - UEFA reytinqində

8 Avqust 2020 13:19

Çempionlar Liqasının 1/8 final mərhələsinin baş tutmayan cavab oyunlarının ilk günündən sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, keçirilən iki oyunda ilk "beşlik"də yer alan ölkələrdən dördünün təmsilçiləri meydana çıxıb.

Qələbə qazanan İtaliya və İngiltərə aktivini zənginləşdiriblər. Futbolun yaradıcıları, həmçinin Fransa mərhələ keçmək üçün də bonus xal əldə edib. Reytinqin lideri İspaniya isə günü xalsız başa vurub.

Bu qarşılaşmalar cədvəldə dəyişikliyə səbəb olmayıb. Lakin İspaniya və İtaliyanın mübarizəni davam etdirən komandalarının sayı 3-ə enib.

Qeyd edək ki, təmsilçiləri mübarizəni ötən il başa vuran Azərbaycan 26-cı pillədə qalıb. Ölkəmizin hesabında 18,750 xal var.

Milli.Az