Heç bir ölkə ilə sərhədlərimizi açmamışıq - PA rəsmisi

8 Avqust 2020 12:09

Rusiya və Türkiyə ilə sərhədlər açıq deyil, ümumiyyətlə heç bir ölkəylə sərhədlərimizi açmamışıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün vətəndaşların gətirilməsi üçün dövlət əlindən gələni edir:

"Qısa müddətdə bu vətəndaşlarımızın əksəriyyəti artıq ölkəyə gətirilib. Hardasa bir problem olarsa, bizim səfirliklərə müraciət etsinlər. Bu gün hansısa ölkədə elə bir problem yoxdur".

Milli.Az