Prosineçkinin yeni klubu

8 Avqust 2020 10:44

"Kayserispor"dan ayrılan Robert Prosineçkinin yeni iş yeri məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis "Dənizlispor"u çalışdıracaq. Onun Superliqa təmsilçisi ilə 2 illik razılaşdığı bildirilib. Tezliklə klubun xorvatiyalı məşqçi ilə rəsmi müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə baş məşqçilik edib. Onun çalışdırdığı son klub olan "Kayserispor" cari mövsümdə Superliqanı 17-ci pillədə tamamlayaraq 1-ci Liqaya düşüb.

Xatırladaq ki, "Denizlispor" çempionatı 14-cü pillədə başa vurub.

Milli.Az