Bakıda 13 yaşlı oğlan dənizdə batıb

7 Avqust 2020 23:50

Bakı şəhərinin Xəzər rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü İbadov Ruslan Adil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az