Bakıda xanım sürücü qəza törətdi: Maşın dərəyə yuvarlandı - FOTO

7 Avqust 2020 18:25

Bakıda Zabrat-Kürdəxanı yolunda avtomobil qəzası baş verib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, "KİA Optima" markalı avtomobil "Ravon" markalı avtomobilə çırpılıb.

Daha sonra KİA-nın sürücüsü idarəetməni itirib və maşın yolun kənarındakı dərəyə yuvarlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Dərəyə aşan avtomobilin xanım sürücüsü isə ətrafdakıların köməyilə nəqliyyat vasitəsindən çıxarılıb.

Milli.Az