Partlayış səsi gələndə gəlin bəyi qoyub qaçdı - Beyrutdan yeni VİDEO

7 Avqust 2020 17:45

Beyrutda baş verən partlayışla bağlı yeni görüntülər əldə olunub.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, limanda baş verən partlayış nikah mərasiminin keçirildiyi vaxta təsadüf edib.

Eyni anda iki cütlüyün həyat yollarını birləşdirdiyi anda baş verən partlayış qəribə görüntülərə səbəb olub. Belə ki, qadın partlayış səsini eşidərkən yaşlı ərini qoyub, qaçıb.

Partlayış nəticəsində nikah mərasiminin keçirildiyi binaya ciddi ziyan dəyib.

Qeyd edək ki, Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində azı 157 nəfər ölüb, 4000-dən çox insan xəsarət alıb, itkin düşənlər var.

Milli.Az görüntüləri təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az