Koronavirus saç tökülməsinə səbəb olur?

8 Avqust 2020 17:24

COVİD-19 saç tökülməsinə səbəb ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dermatoloqlar Birliyinin mütəxəssisləri bildiriblər.

Onların sözlərinə görə, bu problem xəstəliklə əlaqədar yaranan stresslə bağlıdır. Ancaq mütəxəssislər problemin müvəqqəti olduğuna və bir neçə aydan sonra saçın yenidən bərpa oluna biləcəyinə inanırlar.

Milli.Az