Erotik videoları yayılan futbolçuya cəza - Müqaviləyə xitam verilir

7 Avqust 2020 20:25

İngiltərənin "Uotford" klubu futbolçusu Adalberto Penyaranda ilə yollarını ayıracaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna venesuelalı hücumçunun davranışı səbəb olub.

Cənubi amerikalı seks şənliyində iştirak edib. Onun dostlarından biri tədbirdən erotik videolar paylaşıb. Adalberto yayılan bu görüntülərdə yarımçılpaq qadınların əhatəsində yer alıb. "Uotford" rəhbərliyi bu səbəbdən futbolçu ilə müqaviləyə xitam verəcək.

Qeyd edək ki, 2016-cı ildə "Udineze"dən "Uotford"a keçən Penyarandanın müqaviləsi 2023-cü ildə başa çatmalı idi.

Milli.Az