"Başakşehir"də yeni müqavilə

7 Avqust 2020 19:58

Türkiyə çempionu "Başakşehir" futbolçusu Mehmet Topalla müqaviləni uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi daha bir il İstanubul təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Türkiyə millisinin üzvü ötən mövsüm "Başakşehir"də 32 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Milli.Az