Evdən köçməyən qadına görə magistral yolu bu formada çəkdilər - VİDEO

7 Avqust 2020 17:08

Magistral yolun yaxınlığında yaşamağı səs-küylü hesab edirsiniz? Birdə hər gün magistral yolların arasında yaşadığınızı düşünün...

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, Çində evindən köçməyə etiraz edən qadına görə magistral yol onun evinin ətrafında salınıb.

Yolun görünüşünə pis təsir etsə də, yaşlı qadının istəyi nəzərə alınıb.

Maraqlı olay Çinin Quandun əyalətinin mərkəzi şəhəri olan Quançjouda yaşanıb.

Milli.Az helikopterlə çəkilən görüntüləri təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az