Qazaxıstan millisinin sabiq üzvü "Sumqayıt"da

7 Avqust 2020 19:34

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt" heyətinə yeni futbolçu cəlb edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "kimyaçılar" qazaxıstanlı Kərəm Sultanovla anlaşıb. Qazaxıstan mətbuatı yaxın günlərdə 24 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanacağını yazıb.

Qeyde edək ki, Azərbaycan əsilli futbolçu Qazaxıstanın U-21 millisində çıxış edib. Son klubu "Kaspi" (Aktau) olan futbolçu yerli "Kızıl-Jar"da da oynayıb.

Xatırladaq ki, "Sumqayıt" yay fasiləsində Tellur Mütəllimov və Elvin Məmmədovu da heyətinə cəlb edib.

Milli.Az