Ulduz futbolçu koronavirusdan sağaldı

7 Avqust 2020 18:58

Real Madrid-in koronavirusa yoluxmuş futbolçusu Mariano Diasdan növbəti dəfə test götürülüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, dominikanlı hücumçunun analizinin nəticəsi mənfi çıxıb.

Həkimlər 27 yaşlı forvardın virusdan sağaldığını bildiriblər.

Qeyd edək ki, Diasda virus iyulun 28-də aşkarlanmışdı.

Milli.Az