Beyləqanda əxlaqsız yuva aşkar edilib

7 Avqust 2020 18:04

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonunun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi otelin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin oteli icarə əsasında işlədən V. Quliyev və orada olan 2 nəfər müştəri saxlanılıraq Beyləqan RPŞ-yə gətirilib.

Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az