Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın "Azərkimya" İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, yaralılardan 6-ı Bakıya gətirilib. Biri isə Sumqayıtda Təcili Tibbi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, bu gün SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.
Milli.Az