Sumqayıtda zavodda baş verən yanğın söndürülüb - YENİLƏNİB

7 Avqust 2020 14:20

14:20

Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verən yanğın söndürülüb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.

Qeyd edək ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın "Azərkimya" İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb.

Yaralılardan 6-ı Bakıya gətirilib. Biri isə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

----------

13:05

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın "Azərkimya" İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır. 

APA-nın məlumatına görə, yanğında səkkiz nəfər xəsarət alıb.

Milli.Az